• Lucio Dalla

    Caruso → Azerbaijani translation→ Azerbaijani

Favorites
Share
Subtitles
Font Size
Translation
Swap languages

Karuzo

Burada, dənizin parladığı, küləyin əsdiyi
Sorrento körfəzindəki köhnə terrasda
O, ağlayan qızı sıxıb köksünə,
Boğazını düzəldib oxuyur asta.
 
Mən səni çox sevirəm, çox.
Bilirsən, o qədər çox sevirəm ki,
Damarımdakı qan əriyir kimi hiss edirəm çox.
 
Dənizin ortasındakı işıqlar ona Amerikadakı gecələri xatırlatdı.
Onlar gəmi fənəri və təyyarə quyruğundan başqa bir şey olmasa da.
Nəğmə ona ağrı verdi, pianonu kənara atdı
Amma birdən Ayı gördü boylanan buludun arxasında
Ölüm də ona şirin gəldi.
Baxdı qızın gözlərinə, onları gördü yaşıl dənizin dalğasında.
Göz yaşı axdı üzlərinə, boğulacağı fikri ona yeyin gəldi.
 
Mən səni çox sevirəm, çox.
Bilirsən, o qədər çox sevirəm ki,
Damarımdakı qan əriyir kimi hiss edirəm çox.
 
Saxta nalə, süni baxış, yalançı boyarsan şair şerini,
Tamam səni başqa şəxsə bənzədə bilər.
Amma unutdurur hər sözünü, çaş-baş salır hər fikrini
Sənə bu dəm yaxın və həqiqi baxan gözlər.
Onlar bütün nəsnələri sadə edir, ağlından Amerika gecələri axanda da.
Həyatını adi edir, asan gəlir hər kədər də, dönüb arxana baxanda da.
Heç onu üzmürdü o qədər də, həyatı bənzəsə də təyyarə dalındakı sonu olan o quyruğa
Tam əksinə, bəxtəvər olduğunu anlayır və başlayır oxumağa.
 
Mən səni çox sevirəm çox.
Bilirsən, o qədər çox sevirəm ki,
Damarımdakı qan əriyir kimi hiss edirəm çox.
 
Original lyrics

Caruso

Click to see the original lyrics (Italian)

Comments